Avq 31, 2015 10:56 Asia/Baku
  • 2015-ci ilin axırına qədər S-300 tipli sistem İrana təhvil veriləcək
    2015-ci ilin axırına qədər S-300 tipli sistem İrana təhvil veriləcək

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Rusiyanın 2015-ci ilin axırına kimi İrana S-300 tipli raket sistemlərini təhvil verəcəyindən xəbər verib.

General-Mayor Hüseyn Dehqan Livanın Əl-Məyadin televiziyasına verdiyi müsahibədə bu ilin axırına kimi bu növ raket sistemlərinin təhvil veriləcəyindən xəbər verərək söyləyib: Tehran, Rusiyanın İrana modern Soxo tipli hərbi təyyarələrin satışı barədə rus rəsmilərlə fikir mübadiləsi aparıb.
İranlı general həmçinin Tehranın Vyana nüvə anlaşması ilə bağlı üzərində düşən öhdəliklərinə ehtiramla yanaşmasına işarə edərək deyib: Əgər qarşı tərəf bu razılaşma ilə bağlı üzərində düşən öhdəliklərinə sadiq qalmazsa onda İİR bu əhdə xəlaf çıxmanı kəskin tərzdə cavablandıracaq.
İranın müdafiə naziri həminin İranın terrorçu İŞİD qruplaşması ilə bağlı mövqeyinə də işarə edərək deyib: İİR İŞİD-ə qarşı mübarizə seçimi üzərində israrlıdır.

Teqlər