"İslam ölkələrinin əməkdaşlığı ilə region məsələləri həll oluna bilər"
Avq 31, 2015 19:09 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri deyib: Region məsələləri İslam ictimaiyyəti ölkələrinin əməkdaşlığı ilə aradan qalxa bilər.
Müxbirimizin verdiyi məlumata görə Məhəmədcavad Zərif Tunis hava limanına daxil olarkən jurnalistlər qarşısında ekstremist kimi mövzulara işarə edərək deyib: Liviya, Suriya , İraq və Yəmən kimi ölkələrdə bu kimi məsələlərin həlli İslam ölkələrinin əməkdaşlığı və dialoqa daxil olmalarını tələb edir.Zərif xatırladıb: Tunis İslam ictimaiyyəti səhnəsində xalq iştirakının uğurlu nümunəsidir.
Nazir İran və Tunisin eyni mövqeyini nəzərə alaraq Tunis rəsmiləri ilə konstruktiv və müsbət dialoqlara daxil olmuşdur.
İranın xarici işlər naziri regional səfər proqramının çərçivəsində bu gün Tunisə daxil olub.