Sen 02, 2015 09:52 Asia/Baku
  • İran xarici işlər naziri Əlcəzair prezidenti ilə görüşüb
    İran xarici işlər naziri Əlcəzair prezidenti ilə görüşüb

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İran və Əlcəzair iki ölkənin müştərək ali komitəsinin ilkin iclaslarının keçirilməsi və strateji həmkarlıqların artırılması üstündə razılığa gəliblər.

Zərif çərşənbə axşamı günü Əlcəzair prezidenti Əbduləziz Butəfliqə ilə görüşdən sonra bir məbuat bəyanatında əlavə edib ki, bu görüşdə iki ölkə əlaqələri və onun müxtəlif sahələrdə genişləndirilməsi yolları araşdırılıb.



IRIB-nin məlumatına görə, Zərif bildirib ki, İran və Əlcəcair dinc nüvə enerjisindən istifadə haqda inkişafda olan ölkələirn haqqı barədə oxşar baxışlara və mövqelərə malikdirlər.



Zərif və Butəfliqə Suriya və Yəmən xüsusiyyət təşkil etməklə ərəb mənqələrinə dincliyin və sabitliyin qayıtması üçün göstərilmiş səyləri araşdırıblar.



Zərif deyib: İran və Əlcəzair regional və beynəlxalq hadisələr barədə oxşar mövqelərə malikdirlər və Suriya və Yəməndə iki ölkə xalqlarınn maraqları əsasında və xarici müdaxilədən uzaq olaraq döyüşlər və qan axıdılmasının dayandırılmasını vurğulayırlar.

Teqlər