Sen 07, 2015 14:02 Asia/Baku
  • Diplomatik səfərlərin yeni səhifəsində Avstriya prezidentinin İran səfəri - Təhlil
    Diplomatik səfərlərin yeni səhifəsində Avstriya prezidentinin İran səfəri - Təhlil

Bu gündən İran İslam Respublikasının qonağı olan Avstriya prezidenti Haynts Fişer ümidvarlıq edib ki, Tehrana səfəri iki ölkə xalqını bir-birinə daha da yaxınlaşdıracaq.

Fişer bir neçə nazir, diplomat və iqtisadi, elmi və mədəni heyətlərlə birlikdə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana gəlir və İranın yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.


Avropadan bir prezidentin Tehrana son səfərindən 10 ildən çoxdur ki, keçir. Hazırda İran və 5+1 qrupunun nüvə anlaşması ilə İran və Avropanın münasibətləri və əlaqələrində yeni səhifə açılmışdır. Avstriya İranın xarici siyasətində elə qədimdən münasibə yerə malikdir.


Avstriyanın regionda və beynəlxalq səviyyədəki sülhsevərlik mövqeyi və müxtəlif beynəlxalq qurumlar, xüsusilə də BMT-nin nümayəndəliklərinin bu ölkədə yerləşməsi Avstriyanı diplomatik məsləhətləşmələr üçün mərkəzə çevirmişdir.


O cümlədən ötən on ildə İranın nüvə proqramı ilə əlaqədar ən uzun və ən önəmli müzakirələr məhz Avstriyanın Vyana şəhərində keçirilmiş və sonda müzakirələrin sonu və nüvə anlaşması bu şəhərdə elan olunmuşdur.


Avstriyanın yüksək səviyyəli rəsmiləri, o cümlədən prezident Haynts Fişer, xarici işlər naziri Sebastian Kortez həmişə nüvə müzakirələri və Müştərək Təşəbbüs Proqramı anlaşmasını dəstəkləmişlər.


İran qəzetinin bugünkü sayında çap olunan məqalədə Haynts Fişer yazır: Bir daha isbat olundu ki, müsbət düşünməklə və diplomatiya çərçivəsində iradə nümayiş etdirməklə müzakirələrdə münasib nəticənin əldə olunması mümkündür.


Bu günlərdə Yaxın Şərqdə müharibədən zərərçəkən miqrantlara ölkəsinin qapılarını açan Avstriya prezidenti region böhranlarının həllində də İranın təsirli roluna ümid bəsləyir.


Haynts Fişer bildirib: İran regional güclü qüdrət olaraq Suriya, İraq və Yəmənin qanlı qarşıdurmalarının həll yolunun əldə olunması üçün əsaslı rolu oynaya bilər.


İran və Avstriya əlaqələri elm və universitet sahəsində də diqqəti cəlb edir. Bu gün Avstriyanın elm və iqtisadiyyat naziri, 17 universitet və təhsil mərkəzinin rəhbəri Avropanın ən böyük elmi heyəti olaraq Haynts Fişerlə birlikdə İrana gəlir və tərəflər arasında 7 universitet anlaşması imzalancaqdır.


İran və Avstriyanın elm və təhsil əməkdaşlığı on illərlə keçmişə malikdir və ötən illərdə minlərlə iranlı tələbə Avstriyada istedadlı və fərqlənmə ilə universitetlər bitirmişdir. Haynts Fişerin təsdiqlədiyi kimi, çoxlu iranlı həkim Avstriyada fəaliyyət göstərir, onlar Avstriya ictimaiyyətində yüksək yerə malikdir və Avstriyanın səhiyyə sistemində yüksək rolu oynayırlar.


İqtisadiyyat və investisiya sahəsində də Avstriya şirkətləri İranla əməkdaşlıq üçün hazırlıqlarını elan etmişlər.


Yekun Müştərək Təşəbbüs proqramı üzrə anlaşmadan təkcə bir həftə sonda Vyana "İran və Avropa Birliyi, Ticarət və İnvestisiya" iqtisadi konfransına ev sahibliyi etdi. Belə ki, İran və Avropanın iqtisadi anlaşmalarının genişlənməsi yolları araşdırılsın.


Avstriya prezidenti və onu müşayiət edən heyət Tehran səfərində enerji, texnologiya, ətraf mühit, turizm, infrastrukturlar. nəqliyyat, meşəçilik və təbii fəlakətlər zamanı mühafizə sahələrində müştərək məqsədləri icra etmək üçün yol xəritəsi ardıncadırlar.


İrana qarşı Avropa Birliyinin sanksiyalarının ləğv olunması üçün İran və 5+1 qrupunun anlaşmasını nəzərə aldıqda gələn aylarda Avropanın istər dövlət istərsə də özəl sektorlarından böyük iqtisadi heyətlər bir-birinin ardınca Tehrana səfər edəcək ki, müxtəlif sahələrdə İranla iqtisadi və ticarət əməkdaşlıq şəraiti ilə yaxından tanış olsunlar.


Bazar günü də İspaniyanın xarici işlər, abadlıq, sənaye, enerji və turizm nazirləri bir qrup neft və nəqliyyat şirkətlərinin rəhbərləri ilə İrana səfər etmişdilər. Belə ki, İran İslam Respublikasının rəsmiləri ilə görüşərək iki ölkənin ən önəmli əməkdaşlıq mehvərlərini araşdırdılar.

Teqlər