Laricani: Qərb suriyalı didərginlərdən media təbliğatı üçün sui-istifadə edir
Sen 12, 2015 14:59 Asia/Baku
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi deyib: Suriyalı didərginlər Qərbin əlində siyasi təbliğatlar və qərəzli sui-istifadələr üçün bir vasitəyə çevrilib.
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi Məhəmməd Cavad Laricani şənbə günü Tehranda keçirilən 2-ci İran və İtaliya ədliyyə sistemində insan haqlarını himayə adlı iclasın kənarında deyib: Terrorizmi himayə edən ölkələr bu gün qayğıkeşcəsinə suriyalı didərginlərdən sui-istifadə edir və bu yolla öz qərəzli məqsədlərinə nail olmaq istəyirlər.Laricani əlavə edib: Amerikalılar iddia edirlər ki, suriyalı didərginlərin məsələsi Suriya prezidenti Bəşşar Əsədə görədir. Halbuki, hamı yaxşı bilir ki, bu mövzu Suriyada böyük bir terror şəbəkəsinin yerləşdirilməsinə görədir.
İRİB-nin məlumatına görə, Laricani əlavə edib: Suriyalı didərginlərin məsələsi Qərbin qeyri-insani siyasətlərinin nəticəsidir.
Əsasən Suriya, Liviya və Şimali Afrikada gedən savaşlara görə öz yaşayış yerindən didərgin düşən yüz minlərlə insan Türkiyə və Aralıq dənizi yolu ilə Avropaya üz tutur.