Avropanın ən böyük iqtisadi heyəti İrana gəlir
Sen 25, 2015 14:31 Asia/Baku
İranın Varşavadakı səfiri Polşa baş naziri müavininin başçılığı ilə 150 nəfərlik iqtisadi heyətin İrana səfər edəcəyini deyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikasının Varşavadakı səfiri Ramin Mehmanpərəst deyib: Avropanın ən böyük iqtisadi heyəti Polşa baş naziri müavininin başçılığı ilə bu gecə Tehrana daxil olacaq.Mehmanpərəst əlavə edib: Bu 150 nəfərlik heyətdə 19 rəsmi, 120 iş adamı və 11 jurnalist vardır.
İran səfiri bu səfər çərçivəsində əhatəli iqtisadi əməkdaşlıqlar memorandumunun imzalancağını deyərək xatırladıb: İqtisadi komissiyanın iclasının yenidən keçirilməsi bu müqavilənin bəndlərindən biridir.
Mehmanpərəst həmçinin deyib: Şənbə günü səhər də İranın Ticarət Palatasında müştərək ticarət konfransı keçiriləcək.
O həmçinin xatırladıb: Polşanın baş nazir müavini və iqtisadiyyat naziri bu ölkənin sənaye, mədən, ticarət, elektrik stansiyaları, neft və qaz məsələləri üzrə məsul şəxsidir. Polşanın maliyyə, infrastruktur, kənd təsərrüfatı nazirlikləri və digər orqanlarının nümayəndələri baş nazirin müavinini bu səfərdə müşayiət edəcəklər.