Sen 29, 2015 09:28 Asia/Baku
  • İran və 5+1 qrupu ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda birgə iclas keçiriblər
    İran və 5+1 qrupu ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda birgə iclas keçiriblər

İran və 5+1 qrupuna üzv altı ölkənin xarici işlər nazirləri Vyana nüvə razılaşmasından sonra ilk dəfə Nyu-Yorkda birgə iclas keçiriblər.

Fars xəbər agentliyinin məlumatına görə, İran və 5+1 qrupuna üzv altı ölkənin xarici işlər nazirləri bazar ertəsi günü gecə Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Federika Moqerininin iştirakı ilə BMT Baş Assambleyasının 70-ci sessiyası kənarında bir saat müddətinə görüşüblər.
Fransanın xarici işlər naziri Loran Fabius İran və 5+1 qrupuna üzv altı ölkənin xarici işlər nazirlərinin iclasından sonra müxbirlər qarşısına çıxıb və öz dəyərləndirməsində bildirib ki, İran və 5+1 qrupu ölkələrinin xarici işlər nazirlərinin Nyu-York iclası ali olubdur.
Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də deyib: İran və 5+1 qrupu, əksər ölkələrin başçılarının BMT Baş Assambleyasındakı çıxışlarında nüvə razılaşmasını dəstəkləmələrindən razıdırlar.
Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi İran və 5+1 qrupu ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra müştərək addım üzrə əhatəli proqramın icrasının ilkin etapları və onun sürətindən məmnunluq ifadə edib.
İran və altılıq ölkələri 2015-ci il iyulun 14-də iki il sıx və çətin müzakirələrdən sonra müştərək addım üzrə əhatəli proqrama nail oldular. Bu sənəd beş əlavəyə malikdir və "Nüvə ilə bağlı addımlar", "Sanksiyalarla bağlı öhdəliklər", "Sülhsevər həmkarlıqlar", "Müştərək komissiya" və "İcra proqramı"na şamil olur.

Teqlər