16 azər, Amerikanın İrandakı müdaxilələrinin xatırlayıcısı
İran təqvimində 16 azər(7 dekabr) İran tələbələrindən bir qrupu tərəfindən inqilabçı hərəkətin edilməsinin xatırlayıcısıdır və bu gün tələbə günü adlandırılıbdır. Bu hadisə İran xalqının Amerikanın İrandakı müdaxilə mahiyyətli siyasətlərinə qarşı mübarizələri tarixinin bir hissəsini xatırladır. Bu hərəkət şah rejimi tərəfindən atəş ilə cavablandırıldı. Amerika vasitəsilə baş vermiş bu cinayətdə Tehran Universitetinin üç tələbəsi şah rejiminin repressiv qüvvələrinin atəşləri ilə öldürüldü.
Amerikanın ötən əsrin 50-ci illərindən başlanmış İranda müdaxiləsi 1953-cü il amerikan-ingilis çevrilişi ilə özünün kulminasiya nöqtəsinə çatmışdı. Bu çevrilişdən sonra Amerika xatircəmliklə İranda müdaxilələrə şah rejimi ilə həmkarlıq formasında başladı və o, elə təsəvvür edirdi ki, İrandakı bütün etiraz hərəkətləri repressiya və dəmir yumruq siyasəti ilə yatırdılacaq.
ABŞ-ın o zamankı prezidenti Eyzenhauer 1953-cü il çevrilişindən sonra bu ölkə konqresindəki çıxışında belə demişdi: Nikson İrana gedəcək ki, İranda azadlıqsevər qüvvələrə və vəziyyətin sabitləşməsi tərəfdarlarına nəsib olmuş ümidverici siyasi qələbənin nəticələrini yaxından araşdırmış olsun.
16 azər hadisəsi isə göstərdi ki, İran xalqının oyanışı dayanmayıbdır. Bu səbəbdən, bu hadisə İranın siyasi dəyişikliklərində və onunla bağlı olan hadisələr silsiləsində birbaşa rola malik idi.
Bir çox analitik bu qənaətdədir ki, bu inqilabçı hərəkət repressiyanın İranın siyasi atmosferinə hakim kəsildiyi zaman şah rejimi və ABŞ üçün olduqca ağır və çoxxərcli idi.
Hazırda həmin hadisədən illər ötür, amma bu gün o, hələ də tarixdən elə dərsləri xatırladır ki, İran xalqının Amerikanın düşmənçilik siyasətləri qarşısında müqavimətini göstərir.
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası Ordusu komandanları ilə görüşdə İranla düşmənçiliklərin davam etməsinə toxunaraq, qeyd etdilər ki, İslam İnqilabı ilə düşmənçiliyin səbəbi, İran xalqının müqaviməti və zalım qüvvələrin siyasətlərinə təslim olmamasıdır.