Dek 08, 2015 17:44 Asia/Baku
  • İranın keçmiş və hazırkı məsələləri sona çatır və Direktorlar Şurasının 12 öncəki qətnaməsi ləğv olunur
    İranın keçmiş və hazırkı məsələləri sona çatır və Direktorlar Şurasının 12 öncəki qətnaməsi ləğv olunur

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Rza Nəcəfi 5+1 qrupunun Direktorlar Şurasına qətnaməsinin ilkin mətinin 3 əsas müddəasını açıqlayıb və deyib: Bu müddəalarda İranın keçmiş və hazırkı məsələləri sona çatır və 2231 saylı qətnamə Əhatəli Müştərək Təşəbbüs Proqramı icra olunduğu gündən Təhlükəsizlik Şurasının öncəki qətnamələrini əvəz edəcək.

Nəcəfi çərşənbə axşamı günü jurnalistlərə verdiyi müsahibədə Direktorlar ŞUrasının İran məsələsi haqdakı qətnaməsinin ilkin mətni barədə deyib: 5+1 qrupuna üzv ölkələr Əhatəli Müştərək Təşəbbüs Proqramının 14-cü bəndinə əsasən ehtimal olunan hərbi cəhətlər barədəki məsələnin bağlanması məqsədilə qətnamənin ilkin mətnini təqdim ediblər. Onun əsas bəndləri 9, 11 və 13-cü bəndlərdir.

Nəcəfi əlavə edib: Bu ilkin qətnamənin 9-cu bəndinə əsasən Direktorlar Şurası bu məsələyə diqqət yetirir ki, anlaşmanın zamanına əsasən İranın nüvə proqramında keçmiş və hazırkı məsələlərin həlli üçün yol xəritəsində bütün fəaliyyətlər icra olunub. Həmçinin Direktorlar Şurası diqqət yetirir ki, fəaliyyətlərin icrası araşdırılıb və keçmiş və hazırkı məsələlər araşdırılmışdır və sona çatır.

İranın AEBA-dakı daimi nümayəndəsi əlavə edib: Keçmiş və qalan məsələlərin sona çatdırılmasında Direktorlar Şurası 11 bəndi, Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası günündən Direktorlar Şurasının öncəki 12 qətnaməsi, o cümlədən 2011 və 2012-ci illərdəki qətnamələri ləğv edir.

Nəcəfi deyib: Direktorlar Şurasının qalan və hazırkı məsələlərin qətnamələrinin ləğvi ilə əlaqədar baş direktordan istənilib ki, bu məsələ barəsində hesabat versin. Bu isə o deməkdir ki, baş direktorun artıq keçmiş və hazırkı məsələlər barədə vəzifəsi yoxdur.

O deyib: 13-cü bənddə də Direktorlar Şurası nəzarətin icrası və Təhlükəsizlik Şurasının qətnamələri məsələsini Əhatəli Müştərək Təşəbbüs Proqramı icra olunduğu gündən öz gündəmindən çıxarır və onun yerinə Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində 2231 saylı qətnaməni tətbiq edir.

İranın AEBA-dakı nümayəndəsi bildirib: Bundan sonra qətnamənin 4-cü bəndinə əsasən baş direktor yalnız Əhatəli Müştərək Təşəbbüs Proqramı haqda və yaxud bu proqramın icrasında xüsusi problem yaranması barədə hesabat verəcək.

Nəcəfi əlavə edib: Gözlənilir ki, bu qətnamənin ilkin mətni 15 dekabrda heç bir dəyişiklik olmadan təsdiqlənəcək.

Teqlər