İyun 16, 2016 08:22 Asia/Baku
  • 24-cü Beynəlxalq Quran Sərgisi
    24-cü Beynəlxalq Quran Sərgisi

24-cü Beynəlxalq Quran Sərgisi mübarək Ramazan ayının yeddinci günündə İranın irşad naziri Əli Cənnətinin iştirakı ilə İmam Xomeyni(r.ə.) müsəllasında açılıb.

İslam İnqilabının Böyük Rəhbərinin buyurduqlarına əsasən, sərginin şüarı, Quranın dərki hərəkatı istiqamətində "Quranı dərketməyə doğru" seçildi.

Bu sərgi 50 min kvadrat metrlik bir ərazidə keçirilir və onun 600 pavilyonu var.

24-cü Beynəlxalq Quran Sərgisi dini elmlər hövzələri, qadınlar, kiçik bazarlar, computer proqramları, Quran bədii məhsulları, eləcə də "paklıq və hicab" xüsusi bölməsi kimi müxtəlif bölmələrə malikdir.

Sərgiyə daxil olan zamandan bəzi pavilyonlar diqqətimi özlərinə çəkdilər ki, bunların biri, xadimlər pavilyonu idi. Bir an özümdən də soruşdum ki, Quran xadimi, sözün əsl mənasında nə deməkdir? Quranın nəyinə xidmət etmək lazımdır? Amma bu gənc mənim sualımı yaxşı cavablandırdı.

Oğlan: Qurana xidmət, yəni Quranın bəşəriyyətə bu qədər xidmət etdiyi və yol göstərdiyi qədər biz də Qurana xidmət etmişikmi? Görən, Quranın Əmr be Məruf və Nəhy əz Munkərə işarə etdiyi zaman onun buyurduğuna əməl edə bilərkmi? Quranın elmi cəhətini dərk və əməl etməliyik.

Qız: Quran xas bir təbəqəyə məxsus deyil. Biz Quran təlimlərinə əməl etməklə ona xidmət etməliyik ki, əslində özümüzə, cəmiyyətə və bəşəriyyətə xidmət etmiş oluruq. Qərblilər Qurandan bir çox elm kəşf ediblər ki, onun vasitəsilə müsəlman olublar.

Bir ata Quranı təfəkkür vasitəsi kiimi təqdim edir və belə deyir: Quran, yəni onda düşünək. Yəni biz müsəlmanların həyatında əsas rola malik olmalıdır. Bu kitabı hər nə qədər çox oxuyuruqsa, daha artıq qapılar açılır.

Digər bir pavilyonda uşaqlar var idi ki, ləzzət və məqsədlə Quran hekayətlərini oxuyur, şəkil çəkirdilər. Doğrudan da Quran Allahın möcüzəsidir, zira elə bu uşaqlar da bu az yaşla yaxşı başa düşüblər ki, bu kitab nə qədər müqəddəsdir və nə üçün ona yaxınlaşmaq lazımdır.

Uşaq: Mən istəyirəm, mənim yaşıdlarım Quran sinifinə getsinlər və öyrənsinlər, onlar görəcəklər ki, nə qədər ləzzətlidir.

Uşaq: Adam bir yaşa çatır və özü hiss edir ki, Qurana tərəf getməli və onu tanımalı və dərk etməlidir. Mən hicabımı Qurandan öyrənmişəm.

Uşaq: Mən ilk dəfə uşaq bağçasında Quranı öyrəndim, çox xoşum gəldi, hazırda Quran sinfinə yazılmışam.

Nə qədər yaxşıdır ki, valideynlər Quranı öz övladlarının tərbiyəsi üçün ən yaxşı meyar qərar verirlər.

Kişi: Müasir dünya və cəmiyyət Quran maarifinə teşnədir və nəfsin təmizlənməsi və uşaqlara düzgün yolun göstərilməsi üçün ən yaxşı vasitədir.

Qadın: Quran həyat qanunu kitabıdır. O qədər mahir olmalıyıq ki, Qurandan həyatda ən yaxşı tərzdə istifadə edə bilək. Həyat yoldaşı, ailə və övladlarla davranışda.

Qadın: Mən anam üçün iri xətli bir Quran almağa gəlmişəm ki, Quran dərslərində daha rahat oxuya bilsin.

Və bir ana ki, kiçik qızının elə indidən Quranı öyrənməsini istəyir və bu sərginin açılmasını səbirsizliklə gözləyirdi ki, qızını buraya gətirsin və adını uşaqların təlim pavilyonunda yazdırsın.

Qadın: Mən çox çalşdım evdə qızıma öyrədəm, amma çox utancaqdır. Buraya gətirdim ki, öz yaşıdları ilə yanaşı daha yaxşı öyrənsin.

Bu sərgi dini təfəkkürlərin təqdimi və mübadiləsi üçün bir məkan, eləcə də Qurana vurğunluq; ümid və ruh yüksəkliyi vermək, həmçinin Quran yaşayışı səpkisinə nail olmaq üçün bir zəmindir.

 

Teqlər