İnqilab Rəhbəri: Dövlət astronomik məvaciblər ilə qətiyyətlə rəftar etməlidir
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam ölkə prezidenti və nazirlər kabinetinin ramazan görüşündə dövlətin məvaciblər ilə qətiyyətlə rəftar etməsi vacibliyini vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam ölkə prezidenti və nazirlər kabinetinin ramazan görüşündə Nəhcülbəlağə-dən bir neçə hikməti bəyan ediblər.
İslam İnqilabının Böyük Rəhbəri bəzi müdirlərin iri məvacibləri məsələsinə toxunaraq, deyiblər: Astronomik məvaciblər məsələsi əslində dəyərlərə hücumdur, amma hamı bilsin ki, bu məsələ istisnalardandır və orqanların əksər müdirləri təmiz insanlardırlar, amma elə bu az miqdar da çox pisdir və onunla ciddi rəftar etmək lazımıdır.
O həzrət prezidentin öz birinci müavininə astronomik əmək haqqılıar məsələsini izləmək barədə göstəriş verməsinə işarə edərək, belə qeyd ediblər: Bu məsələ zaman çəkməməlidir, əksinə mütləq ciddi surətdə izlənilməli və nəticəsi xalqın nəzərinə çatdırılmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Əli(ə)-ın Nəhcülbəlağə-dəki bir hikmətə toxunaraq, xas imtiyazlara və sərvətə çatmaq üçün məsuliyyətə bir tələ yemi baxışı məsələsinə nəzər salıb və belə deyiblər: Əslində əmanət olan məsuliyyətə belə bir baxış insanın alçalması və aşağılamasına səbəb olacaq.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin Həzrət Əli(ə)-ın Nəhcülbəlağə-dəki başqa bir hikmətinə toxunaraq, deyiblər: Daim dildən ehtiyatlı olmaq lazımdır, zira insanın bir çox problemi dildən irəli gəlir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Əmirəlmöminin(ə)-ın fitnə şəraitində fəaliyyət tərzi barədəki kəlamına işarə edərək, deyiblər: Həzrət Əli(ə) tövsiyə edirlər; haqq və batilin ayırd edilməsi xalq üçün olduqca çətin olan fitnə şəraitində elə davranmaq lazımdır ki, fitnənin xeyrinə heç bir bəhrə yaranmasın.