İnqilab Rəhbəri: Bəzi islam dövlətləri Fələstin amalına xəyanət edir
İslam İnqilabının Böyük Rəhbəri ilin ən uzun və ən isti günlərində oruc tutmuş vətəndaşlar, xüsusilə də gənclər və yeniyetmələri builki mübarək Ramazan ayının gözəl cilvələrindən adlandırıblar. İnqilab Rəhbəri bəzi islam dövlətlərinin Fələstin amalına xəyanəti və region ölkələrində müharibə və destabillik odunu alovlandırmalarını təəssüf mənbəyi adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Səadətli Fitr bayramı namazı xütbəsində bu gün münasibəti ilə İran xalqı və böyük islam ümmətini təbrik edərək İranda builki Ramazan ayını mənəviyyat, diqqət, ibadət, xüşu və xüzu dolu adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Əlbəttə xəbis əllər yeniyetmələri oruclarını yeməyə sürükləməyə çalışdılar. Lakin Allahın lütfü ilə uğur qazanmadılar və gələcəkdə də uğur qazanmayacaqlar.
İnqilab Rəhbəri çox isti havada Qüds Günü yürüşünü keçirməyi mübarək Ramazan ayında vətəndaşların mücahidliyi, böyük işlərindən biri və başqa gözəl cilvə adlandıraraq deyiblər: İran xalqı bu iştirakla bildirdi ki, bəzi islam dövlətləri Fələstin amalına xəyanət etsələr də, İran xalqı bütün düşmənlər qarşısında durmağa və Fələstin məsələsini gündəmdə saxlamağa hazırdır.
Həzrət Ayətullahülüzma Xamenei namazın 2-ci xütbəsində son günlər İraq, Türkiyə, Banqladeş və bəzi digər ölkələrdə terror aktlarına toxunaraq deyiblər: Təəssüflər olsun ki, bəzi ölkələrdə müsəlmanların builki Fitr bayramı ərbablarının göstərişi ilə əsil islamı "saxta və alternativ islama" çevirmək istəyən terrorçuların əli ilə matəmə döndü. Və bu cinayətlər ABŞ, İngiltərə və sionist rejimin təhlükəsizlik xidmətlərinin vasitəsi ilə terrorçuları yetişdirməyin nəticəsidir.
İnqilab Rəhbəri bildiriblər: Bölgədə günahsız insanları qırğın etməyin məsuliyyəti təkfirçi terrorçuları himayə edənlərin üzərinə düşür. Əlbəttə onların özləri də tədricən terrorizmdən xəsarət almaqdadırlar. Amma onların bu günahı və cinayəti unudulmayacaq.
İslam İnqilabının Böyük Rəhbəri Suriya, Liviya və Yəmən kimi region ölkələrində müharibə və destabillik odunun alovlandırılmasını təəssüfləndirici hal adlandırıb və əlavə ediblər: Yəmən vətəndaşları hazırda bir il üç aydır ki, bombardmanlar altındadır. Amma bu ölkə xalqı və onların dahi rəhbərliyinə afərin demək lazımdır. Belə bir şəraitdə, isti hava şəraitində Ümumdünya Qüds Gününü əzəmətli şəkildə keçirdiliər.
Həzrət Ayətullahülüzma Xamenei zalım qüdrətlərin əsas məqsədinin regionda terrorizm, de-stabillik və müharibə yaratmaq və Fələstin məsələsinin unudulması olduğunu bildirərək deyiblər: Fələstinin azadlığı üçün mübarizə islam və kollektiv mübarizədir. Bu hərəkəti davam etdirmək bütün müsəlmanların borcudur. Fələstin məsələsini sırf daxili və ərəb məsələsi çərçivəsində hesab etmək yanlış işdir.