Silahlı Qüvvələrin Ali Baş Komandanı: Müdafiə sənayesinin inkişafı İran İslam Respublikasının mütləq haqqıdır
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İran İslam Respublikası Silahlı Qüvvələrinin modern, yerli və elmi əsaslı texnologiyalarından baxış keçiriblər. O həzrət vurğulayıblar: Zorakı qüdrətlərin günahsız insanları qırğın və ölkələrə təcavüz etməkdən qorxmadıqları bir dünyada müdafiə və hücum sənayesinin inkişafı tamamilə təbiidir.
İmam Xomeyni(r.ə.) adına hüseyniyyə bu gün İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin müdafiə sənayesi nailiyyətləri sərgisinə ev sahibliyi edirdi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuzma Xamenei iki saatdan çox bir müddətdə daxili mütəxəssis və tədqiqatçıların biliyi, təşəbbüsü və səyinin məhsulu, həmçinin silahlı qüvvələrin döyüş qüdrətinin artmasında birbaşa təsiri olan modern, yerli və elmi əsaslı texnologiyalardan baxış keçiriblər.
Bu sərgidə raket, lokator, dəniz, optik, zirehli təchizatlar, pilotsuz təyyarələr və rabitə mərkəzləri kimi modern sistem və təchizat növlərinin konstruksiyası və düzəldilməsi tərzi nümayiş etdirilib.
Həzrət Ayətullahuzma Xamenei İran İslam Respublikası Silahlı Qüvvələrinin modern, yerli və elmi əsaslı texnologiyalarından baxış keçirdikdən sonra İranın müdafiə naziri, eləcə də İranın Müdafiə Nazirliyinin məsul şəxsləri, mütəxəssisləri və tədqiqatçılarının qarşısında vurğulayıblar ki, müdafiə sənayesinin inkişafı İslam Respublikasının qanuni və mütləq haqqıdır.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İranın müdafiə sənayesindəki irəliləyişlərini ötən on iki ildə İranın böyük elmi hərəkətinin nəticəsi adlandıraraq, vurğulayıblar: İranın gənc alimləri elmin sərhəd xətlərini sındırmağa müvəffəq olublar və bu, qüdrətlə davam etdirilməlidir, zira hər bir sahədə inkişaf digər bölmələrdə yeni irəliləyişlərə zəmin yaradacaq.
O həzrət müdafiə qüdrətinin artırılması yolunun davam etdirilməsi vacibliyini vurğulayaraq, deyiblər: Minimum insanlıq, vicdan və əxlaq cövhərinə malik olan zorakı qüdrətlərin hakim kəsildikləri və ölkələrə təcavüzdən və günahsız insanları qırğın etməkdən qorxmadıqları bir dünyada müdafiə və hücum sənayesinin inkişafı tamamilə təbiidir, zira bu qüdrətlər ölkənin qüdrətini hiss etməyincə, təhlükəsizlik təmin olmayacaq.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İranın müdafiə sənayesinin nailiyyətlərindən razılıq edərək, əlavə ediblər: İranda müdafiə sənayesinin inkişafı üçün məhdudiyyətlər mövcuddur və kimyəvi və nüvə silahları kimi kütləvi qırğın silahları etiqadi və dini əsaslara görə, qadağandırlar.
O həzrət hegemonçu qüdrətlərin İranın müdafiə təchizatlarını bəzi ölkələrdən satın almasından narahat olmalarına toxunaraq, deyiblər: Ağıl və insaf Iddiaçısı olan və bəzi müdafiə təchizatlarına malik olub-olmamaları üçün ölkələrin əxlaqi səlahiyyətləri barədə danışan bu qüdrətlərin özləri əxlaqi prinsiplərin heç birinə sadiq deyillər.
İslam İnqilabının Böyük Rəhbəri Amerikanın hazırkı dövlətinin ən böyük günahını təhlükəli terror şəbəkələri yaratmaq adlandırıblar və belə vurğulayıblar: Amerikanın hazırkı dövləti bir terror qrupunu zahirdə hücuma məruz qoyur və başqa bir terror qrupunu müstəsna edir ki, onun mənası, siyasətin əxlaqa hakimiyyətidir.
O həzrət "Əgər təsəvvür etsək ki, Amerika ilə müzakirə ilə anlaşmaya və ortaq cəhətlərə çatmaq olar, səhv etmiş olarıq" deyərək, əlavə ediblər: Təcrübə sübut edibdir ki, amerikalılar müzakirələrdə anlaşma yerinə, öz istəklərini qəbul etdirmək ardıncadırlar.