Fev 15, 2017 15:44 Asia/Baku
  • Minlərlə şərqi azərbaycanlı İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüb

İran İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Amerikanın öncəki və hazırkı hökumətində düşmən fəndlərindən biri müharibə ilə təhdid və hərbi seçimdən istifadədir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü 1356-cı il 29 bəhməndə (1978-ci il 18 fevral) Təbriz əhalisinin qiyamının ildönümü günündə Şərqi Azərbaycan vilayətinin müxtəlif kütlələrindən minlərlə nəfəri qəbul ediblər.

İnqilab Rəhbəri xatırladıblar: Həqiqi müharibə, iqtisadi müharibə, sanksiya, İranda iş, fəaliyyət və texnologiya sahəsini almaqdır; Həqiqi müharibə, mədəni müharibədir; İran vətəndaşlarının diqqətini hərbi müharibəyə yönəldirlər ki, bu məsələdən xəbərsiz qalaq. 

İnqilab Rəhbəri İran xalqının builki 22 Bəhmən yürüşündəki iştirakını alqışlayaraq bu yürüşü İran üçün abırlı adlandırıb və vurğulayıblar: İran İslam İnqilabının üçüncü və dördüncü nəsli düşmənin qarşısında dayanır və öz sözünü qətiyyətlə deyir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin "Müqavimət İqtisadiyyatı; Təşəbbüs və Əməl; ilinin sona çatmasına toxunaraq bildiriblər: Bu gün düşmən İranın iqtisadiyyatına təzyiq göstərməklə vətəndaşları problemlə üzləşdirməyə və onların üz döndərməsinə çalışır.

Bu xəbər İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalında dərc olunduqdan sonra tam şəkildə yayımlanacaq.

Teqlər