Təbriz ilə Qazan arasında həmkarlıqlar genişlənir
İranın Təbriz şəhərinin meri və Rusiyanın Tatarıstan Muxtar Respublikasının baş nazir müavini müxtəlif sahələrdə həmkarlıqların inkişafını vurğulayıblar.
IRNA-nın məlumatına görə, Təbriz şəhərinin meri Sadiq Nəcəfi dünən İranın Qazandakı baş konsulu Əli Beman Eqbali Zareç ilə yanaşı Rusiyanın Tatarıstan Muxtar Respublikasının baş nazir müavini Albert Karimov ilə görüşüb.
Təbriz şəhərinin meri Sadiq Nəcəfi bu görüşdə gəmiçilik, sənaye avadanlıqları və yükmaşınıqayırma sahələrində Tatarıstan Muxtar Respublikası ilə həmkarlıqları genişləndirməyə maraq göstərərək, İranın iki tərəf arazında birbaşa uçuşların bərqərarına hazır olduğunu vurğulayıb.
Tatarıstan Muxtar Respublikasının baş nazir müavini Albert Karimov da bu görüşdə İranın Şərqi Azərbaycan vilayətilə əməkdaşlıqlar səviyyəsinin bütün sahələrdə yüksəldilməsini istəyibdir.