Avq 02, 2017 14:39 Asia/Baku
  • Zərif: İranın prioriteti, qonşularla yaxşı əlaqələrə malik olmaqdır
    Zərif: İranın prioriteti, qonşularla yaxşı əlaqələrə malik olmaqdır

İranın xarici işlər naziri deyib ki, İran İslam Respublikasının prioriteti, qarşılıqlı hörmət əsasında qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsidir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün on birinci dövlətin son iclasının kənarında müxbirlər qarşısında İstanbulda öz səudiyyəli həmkarı Adil Əlcubəyrlə qarşıdurmasını beynəlxalq iclaslarda təbii bir məsələ adlandırıb və belə əlavə edib: Beynəlxalq iclaslarda bu hadisələrin baş verməsi təbiidir və bu cür iclaslarda iştirak edən şəxslər bir-biriləri ilə qarşı dururlar.

Zərif söyləyib: Hərçənd İran Ərəbistan dövlətinin bir çox siyasətləri ilə müxalifdir, amma Tehranın siyasəti daim qonşularla yaxşı əlaqələrə malik olmaq olub və İran heç vaxt qonşu ölkələrlə əlaqələrin kəsilməsinin ardınca olmayıb.

İranın xarici işlər naziri həmçinin İranın Amerika dövləti tərəfindən nüvə anlaşmasının pozulması qarşısındakı cavab addımı barədə deyib: İranın ilk addımı, İslam Şurası Məclisinin nüvə anlaşmasının pozulmasına cavab addımı istiqamətində qərarının qəbul olunması olub və digər hüquqi və siyasi addımlar da hazırlanıbdır ki, münasib zamanda icraya qoyulacaqdır.

Teqlər