Avq 05, 2017 08:18 Asia/Baku
  • Qırğızıstan xarici işlər naziri Zərif ilə görüşüb
    Qırğızıstan xarici işlər naziri Zərif ilə görüşüb

İran İslam Respublikasının 12-ci prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər etmiş Qırğızıstanın xarici işlər naziri dünən axşam İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb və onunla iki ölkə münasibətlərinin genişləndirilməsi yolları barədə danışıb.

Qırğızıstanın xarici işlər naziri Erlan Abduldayev İranda prezident seçkilərinin demokratik atmosferdə keçirilməsi münasibətilə İranın dövləti və xalqını təbrik edib. Qeyd edib ki, seçkilərin keçirilməsi İran İslam Respublikasının regional və beynəlxalq səviyyələrdəki mövqeyinin güclənməsinə gətirib çıxaracaqdır.

Abduldayev həmçinin iki ölkə əlaqələrinin genişlənməsini istəyib və belə əlavə edib: Müxtəlif sahələrdə, o sıradan kiçik və orta sənaye, mədən, kənd təsərrüfatı, dəmiryolu, hava yolları, elektrik stansiyaları və su bəndlərinin yaradılması sahələrində iki ölkə həmkarlığı üçün yaxşı zəminlər mövcuddur.

Zərif də iki ölkə əlaqələrinin genişlənməsini alqışlayaraq, qeyd edib ki, İran İslam Respublikası energetika, kənd təsərrüfatı və tranzit sahələrində Qırğızıstan ilə əməkdaşlığa maraqlıdır.

Teqlər