Zərif: İran və İspaniya arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensiallar mövcuddur
İran İslam Respublikasının xarici işlər naziri deyib: Ucuz enerji, coğrafi mövqe, bacarıqlı işçi qüvvəsi, sabitlik və təhlükəsizlik xarici şirkətlərin sərmayə qoymalarına münasib şərait yaradıb.
Məhəmməd Cavad Zərif bazar günü Tehranda İspaniya Senatının sədri Pio Qarsiya Eskudero ilə görüşdə deyib: Xalq diplomatiyası habelə, mədəniyyət və incəsənət sahəsində əlaqələrin genişləndirilməsi iki ölkə münasibətlərinin möhkəmləndirilməsində təsirli rola malikdir və İspaniya ilə əməkdaşlıq üçün bir çox potensiallar mövcuddur.
Pio Qarsiya Eskudero da bu görüşdə ölkəsinin İran ilə əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlı olduğunu deyib.
İspaniya Senatının sədri həmçinin, nüvə anlaşması haqda da deyib: Nüvə anlaşması ticarət, iqtisadiyyat və sərmayə qoyuluşu sahəsində bir çox fürsətlər yaradıb.