Avq 07, 2017 17:09 Asia/Baku
  • Zərif: İranın gücü xalqın ayıqlığından qaynaqlanır
    Zərif: İranın gücü xalqın ayıqlığından qaynaqlanır

İran İslam Respublikası xarici işlər naziri deyib: İran İslam Respublikası öz gücünü xarici himayələr və koalisiyalardan deyil, bütün təzyiqlərə rəğmən, öz xalqının ayıqlığı, agahlığı və müqavimətindən alan yeganə ölkədir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Tehranda jurnalist günü münasibəti ilə jurnalistlər qarşısında etdiyi çıxışında deyib: İran öz inkişafı və iqtidarını xalqa borcludur və İranın qüdrəti xalqdan qaynaqlanır. 

Zərif bəzi qonşu ölkələri media sahəsindəki ağır xərclərinə işarə edərək, deyib: Müraciətlərin hazırlanmasında ayıq və həssas davranmalı və bir-birimizlə ahəngdarlıq yaratmaqla milli maraqlara xidmət etməliyik. 

İranın xarici işlər naziri həmçinin, media və jurnalistin rolunu çox önəmli adlandırıb və deyib: Bu gün güc sadəcə hərbi qüdrət ilə məhdudlaşmır və bu gün müxtəlif güc vasitələri mövcuddur. Həqiqi güc sahibləri isə düşüncə, təfəkkür və təsəvvür yaratmaq qüdrətinə malik olanların əlindədir. 

8 Avqust 1998-ci il tarixində İRİB-nin müxbiri Mahmud Sarəmi İran konsulluğunun 8 üzvü ilə birlikdə Əfqanıstanın Məzarşərif şəhərində Taliban qruplaşması tərəfindən şəhid edilib. Bu münasibət ilə 8 Avqust İranda jurnalist günü elan edilib. 

Teqlər