Vilayəti Suriyanı təbrik edib
Sen 06, 2017 13:05 Asia/Baku
İslam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Dyruzzurun mühasirəsinin yarılması münasibəti ilə Suriya dövləti və xalqını təbrik edib.
İRİB-in verdiyi məlumata görə, İslam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün bir müraciətdə bildirib: 2014-cü ildən bəri mühasirə nəticəsində çətin durumda yaşamasına baxmayaraq Deyruzzur əhalisi müqavimət göstərdi və bu gün Suriyanın bu əhəmiyyətli bölgəsinin mühasirəsinin yarılmasının şahidiyik.
Vilayəti hərhansı ad altında regionun məzlum xalqlarını hədəfə alan və ölkələrin təhlükəsizliyini pozan terroçuların tezliklə məhv ediləcəklərinə ümidvar olduğunu deyib.