Sen 15, 2017 08:51 Asia/Baku
  • Zərif: Nüvə anlaşması yenidən müzakirə oluna bilməz
    Zərif: Nüvə anlaşması yenidən müzakirə oluna bilməz

İran xarici işlər naziri Əhatəli Müştərək Təşəbbüs Proqramının islah edilməsi və ya mümkün olduğu halda ləğv edilməsini düşünən ABŞ-ın düşmənçilik hərəkətlərinə reaksiyada bildirib: Nüvə anlaşması yenidən müzakirə oluna bilməz.

Məhəmməd Cavad Zərif cümə axşamı günü öz Twitter səhifəsində "yaxşı" anlaşmanın amerikalıların baxışınca sırf fantaziya olduğunu bəyan edərək bildirib: Artıq vaxtı çatıb ki, ABŞ reallığı təhrif etməkdən əl çəksin və İranın sadiq qaldığı kimi nüvə anlaşmasına sadiq qalmağa başlasın. 

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini də son vaxtlar nüvə anlaşmasının beynəlxalq ictimaiyyətə aid olduğunu xatırladıb: Bu anlaşma ikitərəfli tənzimlənən və dəyişikliyin tətbiq edilməsi mümkün olan anlaşma deyildir. 

Teqlər