Sen 19, 2017 16:30 Asia/Baku
  • İran Deyruz-Zur əhalisinə humanitar yardımlar göndərdi
    İran Deyruz-Zur əhalisinə humanitar yardımlar göndərdi

İranın Suriyanın şərqində Deyruz-Zur əhalisi üçün min tonluq ilk humanitar yardımı göndərilib.

Əl-Aləm televiziyasının məlumatına görə, İranın Quruculuq Cihadı Təşkilatının Suriyadakı rəsmisi Əhməd əl-Hüseyni deyib: İran İslam Respublikasının humanitar yardımları, ərzaq, dərman preparatları, geyim və una şamil olur. 

Bu ilk xarici humanitar yardımdır ki, quru yolla Deyruz-Zur əhalisi üçün göndərilir. Deyruz-Zur üç ildən artıq idi ki, İŞİD terror qruplaşmasının mühasirəsində idi və beş sentyabrda azad olundu. 

Məlumata görə, İranın humanitar yardımı Dəməşq Beynəlxalq Hava Limanından yoluna başlayıb və Dəməşqdən Deyruz-Zura doğru hərəkət edib. 

Teqlər