Sen 23, 2017 10:15 Asia/Baku
  • Zərifin 30 xarici rəsmi ilə məşvərətinin nəticəsi: Nüvə anlaşması müzakirə oluna bilməz
    Zərifin 30 xarici rəsmi ilə məşvərətinin nəticəsi: Nüvə anlaşması müzakirə oluna bilməz

İran İslam Respublikasının xarici işlər naziri Nyu-Yorkda olduğu müddətdə 30 xarici rəsmi ilə görüşündən xəbər verib və belə deyib: Bütün bu şəxslər nüvə anlaşmasına riayət zərurətinə və onun müzakirəedilməz olmasına təkid ediblər.

BMT Baş Assambleyasının sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər etmiş İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə öz səfərinin altıncı günündə keçirdiyi rəsmi görüşlərin sonunda IRNA ilə müsahibədə sonra deyib ki, bu müddətdə 30 xarici rəsmi ilə görüşüb və onlarla ikitərəfli əlaqələr və regional məsələlər, xüsusilə Suriya və Yəməndəki şərait və hadisələr, eləcə də ruhinqalı müsəlman didərginlərin pis durumu barədə danışıb.

Zərif cümə günü Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri Peter Maurer ilə olmuş görüşünə işarə edərək, deyib: Bu görüşdə ruhinqalı müsəlmanların insani durumu, həmçinin Suriya və Yəmən barədə məşvərətlər aparılıbdır.

İran İslam Respublikasının xarici işlər naziri söyləyib ki, qarşıdakı günlərdə bir daha BMT-nin baş katibi, BMT Baş Assambleyasının sədri, bir sıra ölkələrin xarici işlər nazirləri, Amerikanın bir qrup siyasi elitası, intellektual mərkəzləri və araşdırma müəssisələrinin üzvləri ilə görüşəcəkdir.

Teqlər