Sen 26, 2017 19:38 Asia/Baku
  • Zərif Nyu-Yorkda
    Zərif Nyu-Yorkda

BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən İran xarici işlər nazirinin müxtəlif ölkə rəsmiləri ilə görüşləri davam edir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş Assambleyasının 72-ci iclasında iştirak edən ölkə rəsmiləri ilə görüşlərinin davamında Əlcəzair və İndoneziyanın xarici işlər nazirləri habelə, BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb, danışıqlar aparıb. İkitərəfli əlaqələr, Nüvə anlaşması və regionda cərəyan edən hadisələr bu müzakirələrdə diqqət mərkəzində saxlanılan əsas mövzular olublar.

İran xarici işlər naziri Nyu-Yorkda Əlcəzairli həmkarı ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr və nüvə anlaşması məsələlərinə diqqət edilib. BMT baş katibinin müavini Cefri Fidlmən ilə görüşdə də bu mövzu araşdırılıb. Suriya, Yəmən, İraq və Myanma məsələləri də diqqət mərkəzində saxlanılıb. Görüş, gözlənildiyindən daha uzun sürdü. Heç şübhəsiz İraq Kürdüstanı məsələsinə də toxunublar.

Amma, İndoneziyalı həmkarı ilə görüşdə daha çox Myanma müsəlmanlarının vəziyyəti müzakirə mövzusu oldu. İran xarici işlər naziri bəzi amerikan düşüncə otaqları ilə də görüşlərinin olduğunu deyir: “Bu səfər çərçivəsində Birləşmiş Ştatlardakı bəzi mütaliə mərkəzləri, təfəkkür qrupları və siyasi elita ilə də görüş fürsəti əldə etmiş olacam”.

Bağlı qapılar arxasında keçirilən toplantılar. Bəlkə də müzakirə edilən əsas məsələ, bu günlər bir qədər mürəkkəb taleyə malik olan, nüvə anlaşmasıdır.

 

 

Teqlər