Sen 28, 2017 10:53 Asia/Baku
  •  Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) etimad əsasında yaranmayıb və İran da Amerikaya etimad etmir.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif dünən gecə Nyu-Yorkda "Asiya cəmiyyəti" adlı amerikan araşdırma mərkəzində məşhur amerikalı aparıcı Çarli Ros ilə müsahibəsində deyib: Amerika ƏMTP barədə öz qərarını elan etməklə beynəlxalq ictimaiyyətin Vaşinqtona etimad edib-etməməli olduğunu göstərməlidir. 

Zərif İranın heç bir beynəlxalq razılaşmanı pozmadığını və əlavə məhdudiyyətlərə ehtiyaclı olmadığını bildirərək deyib: İran nüvə silahlarını öz milli təhlükəsizliyi üçün faydalı hesab etmir və Amerikanın ƏMTP-dan çıxacağı təqdirdə şəraitə uyğun olaraq lazımı qərar verəcək. 

Zərif Bəhreyndə etirazçılara qarşı repressiyaların, Qətər ilə Səudiyyə Ərəbistanı arasında çaxnaşmaların ABŞ prezidenti Donald Tramp dövlətinin Orta şərq üzrə yanlış siyasətlərinin nəticəsi olduğunu bildirərək deyib: Orta şərq regionu müzakirə çağırışına ehtiyaclıdır. 

İranın diplomatiya aparatının rəhbəri Səudiyyə Ərəbistanının Yəmən və Suriyadakı səhv siyasətlərinə toxunaraq deyib: Səudiyyə Ərəbistanı regionun önəmli oyunçularından biri olaraq İranı regiondan silmək xülyasına son qoymalıdır ona görə ki, regionun təhlükəsizliyinin təmini əməkdaşlığa ehtiyaclıdır. 

Zərif deyib: Səudiyyə Ərəbistanının əksinə olaraq İranın Yəmən və Suriya böhranları üçün həll yolu, atəşkəsin bərqərar olunması və humanitar yardımların göstərilməsi, əhatəli hökumətin yaradılması üçün siyasi danışıqların aparılması və seçkilərin keçirilməsindən ibarətdir. 

İranın XİN başçısı İraq Kürdüstanında referendumun keçirilməsini əsas strateji səhv adlandıraraq deyib: Bu səhvin mənfi fəsadları sadəcə İraq Kürdüstanına məhdudlaşmayacaq. 

Teqlər