Zərif: Kürd muxtariyyərində referendum bölgənin stabilliyini təhlükəyə atır
https://azeri.sahartv.ir/news/İran-i284005-zərif_kürd_muxtariyyərində_referendum_bölgənin_stabilliyini_təhlükəyə_atır
İran İslam Respublikası xarici işlər naziri bütün ölkələrin ərazi bütövlüyü və sərhədlərinə hörmətlə yanaşmağın əhəmiyyətli olduğunu bildirərək deyib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum bölgənin təhlükəsizliyi və stabilliyini hədələyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2017 17:22 Asia/Baku
  • Zərif: Kürd muxtariyyərində referendum bölgənin stabilliyini təhlükəyə atır
    Zərif: Kürd muxtariyyərində referendum bölgənin stabilliyini təhlükəyə atır

İran İslam Respublikası xarici işlər naziri bütün ölkələrin ərazi bütövlüyü və sərhədlərinə hörmətlə yanaşmağın əhəmiyyətli olduğunu bildirərək deyib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum bölgənin təhlükəsizliyi və stabilliyini hədələyir.

Məhəmməd Cavad Zərif şənbə günü Qətərin əl-Cəzirə televiziyası ilə müsahibədə deyib: İran İslam Respublikası İraqın kürd muxtariyyətində referendumun keçirilməsini qeyri-qanuni və İraq Konstitusiyasına zidd hesab edir.

Xarici işlər naziri İran İslam Respublikasını İraqın kürd vətəndaşlarının həmişəlik hamisi adlandırıb və deyib: İran İŞİD terror qruplaşması ilə mübarizə üçün İraqın kürd muxtariyyətinə kömək edən ilk ölkələrdən biri idi.

İran xarici işlər naziri əlavə edib: İraqlılar birləşməli və problemlərini ölkənin Konstitusiyası çərçivəsində müzakirə yolu ilə həll etməlidirlər.