Okt 03, 2017 12:17 Asia/Baku
  • Zərif: Amerikanın nüvə anlaşmasına sədaqətsizliyi davam edərsə, bir çox seçimə malikik
    Zərif: Amerikanın nüvə anlaşmasına sədaqətsizliyi davam edərsə, bir çox seçimə malikik

İran İslam Respublikasının xarici işlər naziri Amerikanın nüvə anlaşmasındakı öhdəliklərini pozması qarşısında Tehranın müxtəlif seçimlərə malik olduğunu bildirərək, Ərəbistandan regiondakı yanlış siyasətlərini islah etməsini istəyib.

Məhəmməd Cavad Zərif Əlcəzirə telekanalı ilə müsahibədə Amerikanın əhatəli müştərək fəaliyyət proqramı- nüvə anlaşmasındakı öhdəliklərini pozmasını tənqid edərək, deyib: İranın dəfələrlə bildirdiyi kimi, bu sədaqətsizliklərin davam edəcəyi halda, Rəsmi Tehran da Amerikanın qeyri-konstruktiv hərəkətlərilə mübarizə istiqamətində özünün çoxlu sayda olan seçimlərini icraya qoyacaqdır.

İran İslam Respublikasının xarici işlər naziri Amerika prezidenti Donald Trampın "İran ilə anlaşma Amerikanın xeyrinə deyil" ifadəsinə işarə edərək, söyləyib: Bu sözlərin düzgün informasiyalardan uzaq olmasından əlavə, nəzərdə tutmaq lazımdır ki, hər bir anlaşma bütün tərəflər üçün ideal ola bilməz.

Zərif deyib: Bu anlaşmanın bəzi elementlərinin İran üçün xoş olmadığı kimi, təbiidir ki, həmin anlaşmanın bəzi digər elementləri də Amerikanın xoşuna gəlməsin, lakin nəzərdə tutmaq lazımdır ki, bu anlaşma iki və ya çoxtərəfli bir anlaşma olmayaraq, BMT Təhlükəsizlik Şurası qətnaməsinin bir hissəsidir və onun barəsində iki il müzakirə aparılıbdır.

İran İslam Respublikasının xarici işlər naziri daha sonra vurğulayıb: Əgər Amerika bu anlaşmaya sədaqətli olmağa razılığını elan edərsə, onda bu ölkə daha yaxşı vəziyyətdə olacaq, yox əgər ona sadiq qalmazsa, dünya ictimaiyyəti Amerikanın heç bir öhdəliyinə etimad etməyəcəkdir.

Teqlər