Okt 14, 2017 21:21 Asia/Baku
  • Zərif: Bütün iranlılar
    Zərif: Bütün iranlılar "İslam İnqilabı Keşikçiləri"dirlər

İran İslam Respublikasının xarici işlər naziri ABŞ prezidentinin İrana və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı düşməncəsinə olan sözlərinə reaksiyada deyib: Bu gün bütün iranlılar "İslam İnqilabı Keşikçiləri"dirlər.

Məhəmməd Cavad Zərif bu gün şənbə öz Tvitter hesabında paylaşdığı yazıda bildirib: Bütün İranlılar İran və regionu təcavüzkarlar və terrorçular müqabilində müdafiə edənlərin kənarındadırlar. 

ABŞ prezidenti Donald Tramp dünən cümə İranla bağlı Vaşinqtonun yeni strategiyasını elan edərkən, İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməkdən imtina edib və bir daha İranı terrorizmi dəstəkləməkdə ittihamlandırıb, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını sanksiyalar siyahısına daxil edib. 

Teqlər