Zərif: Artıq heç kim ABŞ-a etimad etməyəcək
İran İslam Respublikası xarici işlər naziri bildirib: ABŞ prezidenti Donald Trampın nüvə anlaşması qarşısındakı hərəkətləri artıq heç kimin Birləşmiş Ştatlara etimad etməməsi ilə nəticələnmişdir.
Məhəmməd Cavad Zərif ABŞ-ın CBS televiziyası ilə müsahibədə Donald Trampın İran və nüvə anlaşması əleyhinə açıqlamasının ABŞ-ın dünyadakı imicinə böyük zərbə vuracağını bildirərək deyib: ABŞ prezidenti öz gözlərini reallıqlara bağlayıb.
ABŞ prezidenti Donald Tramp cümə gecə İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiqləyən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 8 hesabatında diqqət yetirmədən bildirib ki, İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasını təsdiqləməyəcək. Bu hərəkət həmin beynəlxalq anlaşmanın ləğvi məqsədilə həyata keçirilir.