Okt 24, 2017 09:32 Asia/Baku
  • Zərif: Trampın üfunətli sözləri İran xalqının iradəsinə təsir edə bilməz
    Zərif: Trampın üfunətli sözləri İran xalqının iradəsinə təsir edə bilməz

İran İslam Respublikasının xarici işlər naziri bazar ertəsi günü Cənubi Afrikada yaşayan iranlılar arasında deyib: ABŞ prezidenti Donald Trampın üfunətli sözləri İran xalqının müdafiəsi, müqaviməti və başucalığına az da olsun təsir edə bilməz.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif İran xalqını İran İslam Respublikasının inkişafı və təhlükəsizliyinin arxası və dayağı adlandırıb və deyib: İran İslam Respublikası ötən 40 ildə xalqın himayəsi ilə bütün təzyiqlər, təcavüzlər və sanksiyaların öhdəsindən gəlməyi bacarıb. 

İranın xarici işlər naziri İran İslam Respublikasının öz gücü, iqtisadi inkişafı və elmi nailiyyətləri üçün heç bir ölkəyə borclu olmadığını deyərək, regionda heç bir ölkənin İran qədər təhlükəsizliyə malik olmadığını bildirib. 

Zərif Ərəbistan və müttəfiqlərinin Yəməndəki cinayətlərinə də işarə edib və deyib: Ərəbistan rejimi neft dollarları ilə Amerikadan silah alır və onlar ilə Yəmən xalqını qırğın edir. 

İranın xarici işlər naziri bazar günü axşam İran və Cənubi Afrika Birgə Əməkdaşlıq Komissiyasının 13-cü iclasında iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edib. 

Teqlər