Noy 14, 2017 12:18 Asia/Baku
  • İran dünya ictimaiyyətinə təşəkkür etdi

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı səhər öz şəxsi Tvitter səhifəsində paylaşdığı yazıda müxtəlif ölkələrin İranın qərbində baş vermiş zəlzələnin ardınca İran xalqının kədərini bölüşdükləri və yardım etməyə hazır olduqlarını elan etdikləri üçün təşəkkürünü bildirib və İranın hazırda zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün daxili imkanlara malik olduğunu bildirib.

Bazar günü axşam İranın qərbində Rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib. İndiyə kimi zəlzələ nəticəsində 413 nəfər həyatını itirib, 7370 nəfər xəsarət alıb. Həmçinin, Kermanşah ostanında zəlzələdən sonra indiyə kimi 193 yeraltı təkan qeydə alınıb. 

Bir çox ölkə başçısı, dövlət rəsmisi və beynəlxalq təşkilatların başçıları baş vermiş zəlzələ ilə əlaqədar İran İslam Respublikası başçılarına başsağlığı müraciəti göndərib, İran xalqı və dövlətinin kədərini bölüşüb, zəlzələdən zərərçəkənlərə  yardım göndərməyə hazır olduqlarını bildiriblər. 

Teqlər