Noy 17, 2017 17:12 Asia/Baku
  • Zərif: Ərəbistan gözlərini tarixi reallıqlara yumub

İran İslam Respublikası xarici işlər naziri deyib: Ərəbistanlılar tarixi reallıqlara etina etmədən düşmənçi və nadan hərəkətlər edirlər ki, indiyə qədər sadəcə onların öz mənafeyinin zərərinə olmuşdur.

Məhəmməd Cavad Zərif cümə günü İran İslam Şurası Məclisi İnformasiya Agentliyi ilə müsahibədə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın qalmaqallı siyasətləri və Ərəbistan və İranın qarşılaşmaq ehtimalı haqda xatırladıb: İran İslam Respublikasının siyasətləri həmişə məntiq və ağıla əsaslanmışdır. 

İran xarici işlər naziri bildirib: İran İslam Respublikası müharibə və gərginlik yerinə, regionda sülh və stabilliyin bərpası ardıncadır. 

Zərif Səudiyyə Ərəbistanının Yəmən, Suriya, İraq və Livandakı təxirbatçı siyasətlərinə toxunub və deyib: Region xalqları bu siyasətlərdən çox zərər görüblər və bu prosesin durdurulmasına ehtiyac duyulur. 

İran İslam Respublikası xarici işlər naziri bundan öncə də bildirmişdi ki, Ərəbistan regionda zorakılıq, təcavüzkarlıq, müharibələr, destabilləşdirici davranışlar və təhrikedici hərəkətlərlə məşğuldur və İranı bu hərəkətlərin mənfi nəticələrinə görə müqəssir hesab edir. 

İran İslam Respublikası dəfələrlə Səudiyyə Ərəbistanının ötən illərdə regionda səhvlərlə dolu və təhlükəli strategiyasını izlədiyini bildirərək xatırladıb ki, Ər-Riyad uzaqgörənliklə və öz mənafeyinə əsasən regionun reallıqlarını heç bir təəssüb və inadkarlıq olmadan düzgün şəkildə qiymətləndirməlidir. 

Teqlər