Noy 20, 2017 15:47 Asia/Baku
  • Zərif: İran Əfqanıstanda BMT ilə əməkdaşlığa hazırdır
    Zərif: İran Əfqanıstanda BMT ilə əməkdaşlığa hazırdır

İranın xarici işlər naziri deyib: Tehran Əfqanıstanda gözlənilən bütün sahələrdə Birləşmiş Millətlər Təşkilatı və onun digər qrumları ilə əməkdaşlıq etməyə hazırdır.

Məhəmməd Cavad Zərif bu gün BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto ilə Tehranda baş tutan görüşündə deyib: İran Əfqanıstanda sabitlik istəyir və bu istiqamətdə səy göstərib. 

İranın XİN rəhbəri İran və Əfqanıstan arasındakı əməkdaşlıqlara və bu əməkdaşlıqların daha sürətlənməsinin vacibliyinə , regionda İŞİD qrupunun təhlükəsinin yayılması ilə qarşılaşmağın əhəmiyyətinə təkid edib. 

Zərif həmçinin İranın Əfqanıstanda stabilliyin yaranması istiqamətində bu ölkədə milli vəhdət hökumətinin səylərinə, eləcə də BMT-nin sülh naminə bütün fəaliyyətlərinə dəstək verdiyini vurğulayıb. 

Görüşdə Yamamoto da Əfqanıstandakı mövcud durum, sülh müzakirələrinin davam etməsi və təhlükəsizliyin bərqərar olunması istiqamətindəki danışıqların davam etməsi yolları barədə məlumat verib. 

Teqlər