Zərif Əfqanıstanda İŞİD fenomeninə diqqət göstərilməsini istədi
İran İslam Respublikasının xarici işlər naziri deyib: İran Bakıda keçirilən "Asiyanın Qəlbi - İstanbul Prosesi" konfransında Əfqanıstanda yayılmaqda olan İŞİD fenomeninə diqqət göstərilməsinə təkid edir.
Məhəmməd Cavad Zərif cümə günü Bakıda "Asiyanın Qəlbi - İstanbl Prosesi" konfransının kənarında jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Bu iclas region ölkələrinin ortaq maraqlarının təmin edilməsi və Əfqanıstanda sabitlik və inkişafa nail olmaq üçün birgə əməkdaşlıq məqsədinə malikdir.
Zərif həmçinin deyib: İran İslam Respublikası üçün Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi üzrə səylər böyük əhəmiyyət kəsb edir.
İranın xarici işlər naziri daha sonra Azərbaycan prezidenti ilə olan görüşünə işarə edib və deyib: Azərbaycan prezidenti cənab İlham Əliyev ilə görüşümüz səmimi atmosferə malik idi. Bu görüşdə Xəzər dənizi və enerji sektorunda birgə əməkdaşlıq sahələri habelə, üçtərəfli İran, Azərbaycan, Rusiya və İran, Azərbaycan, Türkiyə əməkdaşlıqları formatında əlaqələrin genişləndirilməsi haqda danışıqlar aparıldı.