Zərif: Nüvə anlaşması ciddi şəkildə izlənilməlidir
İran xarici işlər naziri: Əhatəli Müştərək Təşəbbüs Proqramının bütün üzvləri bir-biri ilə koordinasiya ilə bu nailiyyətin ciddi şəkildə izlənilməsindən arxayın olmalıdırlar.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə Rusiya hökumətinin nüvə anlaşmasının icrasına dəstəklərini alqışlayıb və deyib: Nüvə anlaşması ötən illər ərzində beynəlxalq ictimaiyyətinin bir neçə nailiyyətindən biridir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə anlaşmasını yerinə yetirdiyini dəfələrlə təsdiqləmişdir.
Zərif əlavə edib: Təəssüflər olsun ki, nüvə anlaşmasının üzvlərindən biri öz öhdəliklərini tam şəkildə yerinə yetirməyib, üstəlik bu istiqamətdə təxribatçı siyasətlər yürüdüb.
İran xarici işlər naziri Tehran və Moskvanın regionda terrorizm və radikallıqla mübarizədə önəmli rola malik olduğunu bildirərək deyib: İran Rusiya və Türkiyə ilə əməkdaşlıqda Astana prosesinin uğurla irəlilədiyini, Soçi konfransının Suriya üçün siyasi həll yolunun yaradılmasında uğurlu konfrans olduğundan arxayınlıq üzrə öhdəliklidir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya və İran xarici işlər nazirlərinin davamlı məsləhətləşmələri, əsasən də nüvə anlaşması haqda danışıqları çərçivəsində ötən gün Moskvaya səfər edib.