Zərif Brüsselə daxil olub
İran xarici işlər naziri nüvə anlaşması ilə əlaqədar məsləhətləşmələrin davamı və 2-ci səfəri çərçivəsində Avropa Birliyinin qərargahı Belçika paytaxtı Brüsselə daxil olub.
Fars Xəbər Agentliyinin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya paytaxtı Moskvaya bir neçə saatlıq səfəri və rus həmkarı Sergey Lavrovla məsləhətləşmə apardıqdan sonra Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini, Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri ilə birgə iclasda iştirak etmək məqsədilə Belçika paytaxtı Brüsselə gedib.
Zərif bu gün Avropa Birliyinin rəsmisi və Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri ilə iclasda nüvə anlaşmasının icrası prosesinin son durumu haqda danışıqlar aparacaq.
Zərifi bu səfərdə İran xarici işlər nazirinin beynəlxalq və hüquq məsələlər üzrə müavini Seyid Abbas İraqçı müşayiət edir.