Ərrəyad və Təl-Əviv böhran ardıncadırlar
İran İslam Respublikası İslami Şura məclisinin sədrinin köməkçisi deyib: Ərrəyad və Təl-Əviv Trampın kağız Amerikasına sövkənərək regionda yeni böhran siyasətini düşünürlər.
Hüseyn Əmir Abdullahiyan bu gün tvitter səhifəsində yazıb: İİR öz milli təhlükəsizlyi və regionun və öz müttəfiqlərinin təhlükəsizliyini tam güclə müdafiə edir.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman və ABŞ prezidenti Donald Tramp dünən Vaşinqtonda görüşərək İrana qarşı təkrar ittihamlar səsləndiriblər və İranın regionda destabilliyin amili olduğunu iddia ediblər.
Səudiyyə Ərəbistanının və Amerikanın anti-İran iddiaları elə bir şəraitdə irəli sürülür ki, terrorçu qruplar bu iki dövlətin maliyyə və silah dəstəyi ilə İraq, Suriya və Yəməndə günahsız insanları qırğın etmişlər.
Sionst rejim baş naziri Benyamin Netanyahu bir Tvittdə iddia edib ki, İsrail Trampın köməyi ilə İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Netanyahunujn beləb ir iddiasına rəğmən Birləşmiş Millətlər Təşkilatı, bu təşkilaıtn Təhlükəsizlik Şurası, Atom Enerjisi üzrə Beynməlxalq Agentlik indiyədək dəfələrlə İranın nüvə fəaliyyətinin sülhməramlı olduğunu bildiriblər.
Sionist rejim regiona qarşı yeganə təhdid və Orta şərqdə yeganə nüvə silahına malik rejim olaraq atom silahlaırnın yayılmasını qadağan edən təşkilata qoşulmaqdan boyun qaçırır, və yüzlərlə nüvə başlığına malik olaraq AEBA müfəttişlərinə yoxlama icazəsi vermir.