Şirazda sel barədə son məlumat; 19 ölü, 105 yaralı
Dünən İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz şəhərində baş vermiş sel hadisəsində həlak olanların sayı 19 nəfərə çatıb.
İranın səhiyyə naziri Səid Nəməki dünən axşamçağı Fars vilayəti üzrə böhran komitəsinin iclasında deyib ki, Şiraz şəhərində baş vermiş sel hadisəsində həlak olanların sayı 19 nəfərə çatıb.
İranın təcili yardım təşkilatının sədri Pirhoseyn Kulivənd də Şirazdakı seldə bədən xəsarəti alanların sayını 105 nəfər elan edib. Bildirib ki, bədən xəsarəti alanların bir qismi xəstəxanaya yerləşdirilib, yerdə qalanları da ayaqüstü müalicə olunublar.
Sel və daşqın hadisəsindən sonra Şiraza səfər etmiş İranın plan-büdcə təşkilatının sədri Mohəmməd Baqer Noubəxt dünən axşamçağı Fars vilayəti üzrə böhran komitəsinin iclasında bu hadisədən sonra müalicə mərkəzlərinə gətirilmiş yaralıların vəziyyətinə xüsusi şəraitdə baxıldığını vurğulayaraq, deyib ki, daşqından irəli gələn xəsarətlərin əvəzinin çıxılması üçün lazımi tədbirlər düşünülübdür.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani də dünən bir müraciətdə son sel hadisəsində bir qrup iranlının həlak olması münasibətilə başsağlığı verərək, əlaqədar məsul şəxslərdən istəyibdir ki, zərər çəkmiş məntəqələrin problemlərini azaltmaq və əhaliyə yardım üçün öz səylərini ikiqat artırsınlar
İran İslam Şurası Məclisinin sədri Əli Laricani də müraciət verərək, Fars vilayətində daşqın hadisəsinin baş verməsi və bu hadisədə bir qrup iranlının həyatını itirməsi münasibətilə başsağlığı verib. Bildirib ki, xidmət orqanları zərərçəkənlərin xəsarətləri, əzabları və nigarançılıqlarının aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər.