Mart 26, 2019 09:36 Asia/Baku
  • Türkiyə, Fransa və Avstriya İranda seldən zərər cəkənlərin kədərlərinə şərik çıxıblar
    Türkiyə, Fransa və Avstriya İranda seldən zərər cəkənlərin kədərlərinə şərik çıxıblar

İranın bir neçə vilayətində daşqınların baş verməsi və bir qrup iranlının həyatını itirməsi və yaralanmasının ardınca Tehrandakı bəzi xarici ölkələrin səfirlikləri İranın xalqı və rəsmilərinin kədərlərinə şərik çıxıblar.

Fransanın Tehrandakı səfirliyi twitter şəbəkəsində müraciət yayaraq, İranın xalqı və rəsmilərinin kədərlərinə şərik çıxıb.

Bu müraciətdə deyilir: Fransa həlak olanların ailələrinə başsağlığı verərək, bütün seldən zərər çəkənlərə öz dəstəyini elan edir.

Türkiyənin Tehrandakı səfirliyi də bir twitt yayaraq, bu ölkənin İranda seldən zərər çəkənlərə yardım göstərməyə hazır olduğunu bildirib.

Avstriyanın Tehrandakı səfiri Stefan Şultz da öz instaqram səhifəsində İranın şimal vilayətlərində sel və daşqın hadisəsindən təəssüf və kədər ifadə edərək, yazıb: Avstriya İranın zərər çəkmiş məntəqələrinin əhalisinin kədərinə şərik çıxır, onlarla həmrəylik ifadə edir və bu məşəqqətlərin azalmasına kömək etməyə öz hazırlığını elan edir.

Son günlər misli görünməmiş yağıntılar nəticəsində İranın bir neçə vilayəti, o sıradan Qolestan, Mazandaran, Fars və Lorestan daşqınlara məruz qalıblar. Son məlumatlara görə, dünən Şirazda baş vermiş daşqın nəticəsində 19 nəfər ölüb, 105 nəfər də yaralanıbdır. Sel həmçinin 200-dən çox avtomobili özü ilə apararaq, onlara ciddi xəsarətlər vurubdur.

Teqlər