Amerika xalqı bu ölkə tarixi vərəqlərinin bundan artıq qara olmasına yol verməsin
İran prezidenti Amerika xalqına müraciətdə belə xəbərdarlıq edib: İranda böhranın idarə olunmasında maliyyə mənbələrinin məhdudiyyətinə və səhiyyə sisteminin zəifləməsinə səbəb ola biləcək hər cür dardüşüncəli və xəbiscəsinə siyasət digər ölkələrdə bu pandemiya ilə mübarizə prosesinə birbaşa təsir göstərəcək.
Həsən Ruhani dünən axşamçağı bu müraciətdə bildirib: Amerika hökumətinin sanksiyaları səbəb olub ki, İranın adi vətəndaşlarından bir çoxu öz sağlamlığı, işi və gəlirini itirmiş olsun. O, deyib: İran xalqı bu dəfə də istər virus, istərsə də Amerikanın hazırkı hökumətinin maksimum təzyiq strategiyası, zalıcasına siyasətləri və sanksiyaları qarşısısında başıucalıq və müqavimətlə davam gətirəcəkdir.
Ruhani vurğulayıb ki, İran xalqı bu çətin dövrandan keçib gedəcəkdir. O, əlavə edib: Görən, Amerika xalqı bu zalımcasına təzyiqlərin onun adı, onun rəyi və onun vergiləri ilə İran xalqına icbar etdirilməsini qəbul edir?
İran prezidenti sonra bildirib: İndi Amerika xalqının uca səslə bu ölkə hökumətinin başına çığırmasının və ondan cavab istəməsinin vaxtı gəlib çatıbdır. Ruhani vurğulayıb: Amerika tarixi vərəqlərinin bundan artıq qaralmasına yol verməyin!
Dünyada, o sıradan İranda ölümcül koronavirus pandemiyasına və onunla ardıcıl və hərtərəfli mübarizə vacibliyinə rəğmən, Amerika İrana qarşı maksimum təzyiq siyasəti çərçivəsində öz sanksiya rəftarını davam etdirməyə israr və ardıcıl şəkildə Tehran əleyhinə yeni sanksiyaları elan edir.
ABŞ XALQI BU ÖLKƏ TARİXİNİN DAHA DA QARALMASINA YOL VERMƏSİN