İyul 09, 2020 16:59 Asia/Baku
  • BMT general Soleymaninin terroru barədə xüsusi hesabat təqdim edib

BMT-nin xüsusi məruzəçisi bu təşkilatın insan haqları şurasına olan hesabatında amerikalı hərbçilərin Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini terror etmək üzrə cinayətini qanunsuz hərəkət adlandırıb.

SəhərAzəri xəbər verir, BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard Amerikanın Bağdaddakı PUA hücumu və general Qasem Soleymanini və onu müşayiət edən şəxsləri şəhid etməsi barədəki hesabatını bu gün Cenevrədə, BMT-nin insan haqları şurasının iclasına təqdim edib.

Kallamard öz hesabatında bildirib: General Soleymani yüksək rütbəli məsul bir şəxs kimi suverenliyə malik olan üçüncü bir ölkədə hədəfə alınıb və bu, beynəlxalq qanunlara ziddir.

Hesabatda həmçinin deyilir: Bir çox ölkə pilotsuzlardan istifadə barədə qanunlar mövcud olmadan öz savaşlarında bu tipli təyyarələrdən istifadə edir və bu barədə konkret standartlar mövcud deyildir.

Kallamard son zamanlar Röyters ilə müsahibədə də Amerikanın general Soleymaninin terror edilməsi barədəki iddiasını əsassız adlandıraraq, amerikalı terrorçuların bu hərəkətinin beynəlxalq qanunları və BMT nizamnaməsini pozduğunu bildirmişdi.

Teqlər