İyul 23, 2020 21:28 Asia/Baku
  • Qalibaf: Siyasi sabitlik və davamlı iqtisadi artım ABŞ-ın bölgədən qovulmasından asılıdır.

İran İslam Şurası Məclisinin Sədri İraqın Baş naziri ilə görüşünə toxunaraq yazıb: Siyasi sabitlik və davamlı iqtisadi artım ABŞ cinayətkarlarının bölgədən çıxarılmasından asılıdır.

SəhərAzəri xəbər verir, Məhəmməd Baqir Qalibaf şəxsi "Tvitter" səhifəsində yazıb: Mustafa əl-Kazimi ilə görüşümdə vurğuladım ki, terrorla mübarizənin beynəlxalq qəhrəmanı Sərdar Şahid Soleimaninin cinayətkarcasına şəhid edilməsini, Ağ Ev rəsmilərinin qarşısında davamlı bir ləkə oldu və İraqın suverenliyinin kobud şəkildə pozulduğuna bir faktdır. Siyasi sabitlik və davamlı iqtisadi artım, şübhəsiz ki, ABŞ cinayətkarlarının bölgədən çıxarılmasından asılıdır.

Teqlər