İyul 25, 2020 08:44 Asia/Baku
  • ABŞ-ın Beynəlxalq Aviasiya qanunlarını sistemli şəkildə pozması və hava quldurluğu məhkəmə orqanlarında qaldırılacaq

İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Baş İdarəsinin katibi ABŞ qırıcılarının İranın sərnişin təyyarəsinə qarşı hücumunu hava quldurluğunun əyani təzahürü kimi xarakterizə edib və onunla bağlı Beynəlxalq Məhkəmə Təşkilatlarında iddia qaldırıacağından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Baş İdarəsinin katibi Əli Baqiri ABŞ rejiminin beynəlxalq qununları kobudcasına pozmaqla sistemli həyasızlığına işarə edərək, vurğulayıb: "ABŞ ordusunun terror komandanlığının Suriya səmasında İranın sərnişin təyyarəsinə hücumu aviasiya təhlükəsizliyinin, mülki təyyarələrin uçuş azdlığının və beynəlxalq hüququn fundamental və əsas norma və prinsiplərinin pozulmasıdır".

Baqiri ABŞ rejimi qırıcılarının İran təyyarəsinə qarşı hücumunun bu ölkənin iranlıların hüquqlarına qarşı törətdiyi ilk təcavüz olmadığını deyib və xatırladıb: "ABŞ PUA-sının Bağdad hava limanında İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds qüvvələrinin şəhid komandanı general Qasim Sülaymaninin avtomobilinə və bu ölkənin hərbi gəmisinin Fars Körfəzi səmasında İranın sərnişin təyyarəsinə raket hücumu, həmçinin Asiman avia şirkətinə məxsus sərnişin təyyarəsinin izlənilməsi və ona qarşı törədilən təxribatlar göstərir ki, bəynəlxalq hüquq normaları qarşısında cinayətkar ABŞ tərəfindən azad uçuş və aviasiya təhlükəsizliyinin sistemli şəkildə pozulması artıq normal hal alıbdır". 

 

Teqlər