Sen 22, 2020 19:29 Asia/Baku
  • Hatəmi:

General Süleymanini terror etməkdə düşmənlərin məqsədi ABŞ-ın regiondakı müttəfiqləri arasında daha çox təhqir olmasının qarşısını almaq idi.

Səhər Azəri bildirir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri deyb.

General-mayor Əmir Hatəmi bu gün videokonfrans formatında keçirilən bir mərasimdə, general şəhid Qasim Süleymaninin xatirəsinin dünya azadlıqsevərlərinin qəlbində daima yaşayacağını bəyan edərək, əlavə edib: "Şəhid Süleymaninin qatillərinin cinayət təqibi hüququ hələ də öz qüvvəsindədir və bu dəhşət həmişəlik olaraq, cinayətkarların canında qalacaqdır".

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, İran millətinin Müqəddəs Müdafiə döyüşlərinin, keçmiş əsrlərdəki bütün döyüşlərin əksinə olaraq, ölkəyə qürur, başıucalıq və şərəf gətirdiyini bildirib və deyib: "Bu gün İslami İran müxtilif elmi və siyasi sahələrdə, xüsusilə müdafiə hövzəsində elə bir vəziyyətdədir ki, hər bir təhdidi elə başlanğıc nöqtəsində və hətta ölkə hüdudlarından kənarda da aşkarlaya və zərərsizləşdirə bilir".

Teqlər