Sen 30, 2020 14:28 Asia/Baku
  • İran Rusiya hərbi texnikasının Ermənistana ötürülməsi iddiasına dair açıqlama verib

Şərqi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və sosial müdafiə məsələləri üzrə müavini Əliyar Rastqu Norduz sərhəd-keçid məntəqəsi vasitəsilə Rusiya hərbi texnikasının Ermənistana ötürülməsi iddiasını qeyri-real adlandırıb.

SəhərAzəri Mehr informasiya Agentliyinə istinadən xəbər verir,O qeyd edib ki, ümumiyyətlə belə bir şey yoxdur:
"Son bir-iki gündə bəzi insanlar "Kamaz" yük maşınlarındakı Rusiya hərbi texnikasının Şərqi Azərbaycan sərhədləri ilə Ermənistana göndərildiyini iddia edərək, kiber məkanda şəkillər və videolar yayımlayıblar. Lakin fakt budur ki, bu nəqliyyat vasitələrində heç bir hərbi texnika olmayıb. Kiber məkanda və sosial şəbəkələrdə yayımlanan görüntülər Ermənistanın Rusiyadan aldığı və İran ərazisindən tranzit keçdiyi yük maşınları ilə əlaqədardır. Heç bir hərbi texnika yoxdur. Hər hansı bir anlaşılmazlığın və ya mümkün sui-istifadənin qarşısını almaq üçün Rusiya yük maşınlarının Nodruz terminalından Ermənistana getməsi dayandırılıb".

Əliyar Rastqu bildirib ki, yük maşınları lazımlı və detallı yoxlamalar aparılması üçün Norduz sərhədində saxlanılıb.
 

Teqlər