İİR Ordusu yerli sualtı qayıq istehsalı sisteminə nail olub
İran İslam Respublikası Ordusu yerli sualtı qayıq istehsalı sisteminə nail olub.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının əməliyyat üzrə baş komandan müavini bu məsələyə işarə ilə deyib: «Cəmaran» və «Səhənd» esminesləri ordunun suüstü obyektləri sahəsindəki nailiyyətlərindəndir.
Kontr-admiral Qolamreza Təhani bildirib kİ, ordunun dəniz qoşunlarının sualtı, suüstü, aviasiya və raket təchizatları sahəsində yaxşı tədbir və proqramlar nəzərdə tutularaq, icra olunub. O, qeyd edib ki, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları raket sahəsində çox yaxşı vəziyyətə çatıbdır.
Kontr-admiral Təhani söyləyib: Dəniz qoşunları suüstü obyektlər sahəsində elə inkişaf edibdir ki, onun elmini genişləndirərək, yerli sualtı qayıq istehsalı sisteminə nail olubdur.
«Səhənd» esminesi Qərbi Asiyanın ən modern esminesi kimi 2018-ci il dekabrın birində İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının cənub donanmasına qatılıbdır.
Bu dördmühərrikli esmines radardan qaçma qabiliyyəti ilə ayrı-ayrı bloklarda dizayn edilərək, düzəldilibdir.
Radardan qaçmaq, həmçinin sualtı qayığa qarşı sistemlərə, dəniz-dəniz və dəniz-hava raketlərinə, dəqiq müdafiə sisteminə, müxtəlif hava və dəniz hücumlarından müdafiə toplarına malik olmaq «Səhənd» esminesinin imkanlarındandır.