Dek 16, 2020 12:42 Asia/Baku
  • Təbriz TEU-nun 28 tədqiqatçısı dünyanın ən yaxşı alimləri siyahısında

Təbriz Tibb Elmləri Universitetinin tədqiqat və texnologiya üzrə prorektoru bu universitetin 28 tədqiqatçısının adının dünyanın iki faiz ən yaxşı alimləri siyahısında yerləşməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Mohəmməd Səmii İSNA ilə müsahibədə deyib: Stenford Universitetinin tədqiqatçıları tərəfindən aparılan son dəyərləndirməyə görə, Skopus elmi baza saytının 2019-cu ildə verdiyi məlumatlara əsasən, Təbriz Tibb Elmləri Universitetinin 27 elmi heyəti və bir doktorantı dünyanın iki faiz ən yaxşı alimləri siyahısında yerləşiblər.

Səmii sonra deyib: 41 ən yaxşı tədqiqatçıya malik olan Tehran Tibb Elmləri Universitetindən sonra Təbriz Tibb Elmləri Universiteti İranın tibb elmləri universitetləri arasında ən çox sayda dünya səviyyəli alimə malik olan ikinci universitetdir.

Səmiinin sözlərinə görə, 1153 iranlı alim dünyanın 161 min 441 ən üstün alimləri sırasında durur.

Təbriz Tibb Elmləri Universitetindən 28 tədqiqatçının adı Stenford Universiteti tərəfindən yayılan beynəlxalq siyahıda yerləşibdir.

Təbriz Tibb Elmləri Universitetinin tədqiqat və texnologiya üzrə prorektoru daha sonra söyləyib: Dünyanın iki faiz ən yaxşı alimlərinin seçilməsində/ müraciətlərin sayı və müasir elmə təsir miqdarı, məqalələrin sahələri və keyfiyyət kimi, keyfiyyət meyarlarına diqqət yetirilibdir.

Teqlər