İran prezidenti Təbriz metrosunun dörd yeni stansiyasını istifadəyə verib
İran prezidenti Təbriz metrosunun dörd yeni stansiyasını istifadəyə verib.
SəhərAzəri xəbər veriri ki, Təbriz metrosunun birinci xəttinin təkmilləşdirilməsi istiqamətində cümə axşamı ölkə prezidentinin videokonfrans formatındakı göstərişilə onun dörd yeni stansiyası istifadəyə verilib.
Bu stansiyalar «Sərdare Melli», «Emam Hosseyn», «Şəhid Bakeri» və « Nur» adlanır.
Onların tikinti, mülkiyyət və avadanlıq xərclərinin təmin edilməsi üçün dörd trilyard 740 milyard riyal məbləğində riyal krediti və səkkiz milyon 400 min avro məbləğində valyuta krediti xərclənibdir.
Dörd əsas və bir kənar xəttə şamil olan beş xəttdən ibarət Təbriz metrosunun uzunluğu yüz kilometrdir.
Hal-hazırda Təbriz metrosunun birinci xəttinin birinci və ikinci bloku istehlak edilir. “El Gölü” stansiyasından “Saat Meydanı” stansiyasınadək uzanan bu blokların uzunluğu bütövlükdə on bir kilometrdir.
İran prezidenti Həsən Ruhani videokonfrans formatında keçirilən naviqasiya layihələrinin istifadəyə verilməsi mərasimində tarixi Təbriz şəhərinin inkişafı və abadlığını ölkə üçün olduqca önəmli adlandırıb. Bildirib ki, metro əhali üçün iri şəhərlərdə təmiz havanın qorunmasına kömək edən ədalətli ictimai nəqliyyat vasitələrindən biridir.