Dek 29, 2020 20:33 Asia/Baku

İranın İraqdakı səfiri Məscidi vurğulayıb: "Bu şəhidlərin İŞİD-lə mübarizədə rolu çox görkəmli idi; Bu yolda çox səy göstərdilər və nəhayət canlarını fəda etdilər".

SəhərAzəri xəbər verir, Ötən gecə İranın İraqdakı səfiri cənab İrəj Məscedi İran TV Kanal 2-dən canlı yayımlanan xüsusi xəbər tok-şousunda Bağdaddan video bağlantısı ilə verdiyi müsahibədə qeyd edib: Şəhid General Hac Qasim Süleymani və Şəhid Əbu Mehdi Mühəndisin şəhadətinin ildönümü ərəfəsində İraqın müxtəlif şəhərlərində çox geniş mərasim və proqramlar başlayıb.
İranın İraqdakı səfiri deyib: "Şübhəsiz ki, bu əzizlərin şəhid olması İran və İraq xalqlarının birliyində və yaxınlaşmasında çox ciddi və böyük rol oynayıb və bu şəhidlərin saf qanı dost və qonşu ölkə İraqla strateji əlaqələrimizi dərinləşdirib".
Məscidi Şəhid General Qasim Süleymani  və Əbu Mehdi Əl-Mühəndis heykəllərinin İraqın küçəlırində, evlərdədə, köçəri və populyar camaatı nəzdində müşahidə olduğunu bildirərək, vurğulayıb: "Bu şəhidlərin İŞİD-lə mübarizədə rolu çox görkəmli idi; Bu yolda çox səy göstərdilər və nəhayət canlarını fəda etdilər. Bu səbəbdən, hər iki şəxsiyyətimuz İraq cəmiyyətinin əksəriyyəti üçün eşq simvoli və paklıq qazanmış insanlıq nümünəsi olub".
Məscidi əlavə edib: "Şəhid General Qasim Süleymani , İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin böyük komandanı olaraq, İraq Silahlı Qüvvələrini dəstəkləməkdə və Əlhəşduşşəbi ilə əməkdaşlıqda fədakarlıq, cəsarət, səmimiyyət, təvazökarlıq və əvəzsiz rola sahib idi; Və hər zaman cəbhənin və İŞİD-ə qarşı müharibənin önündə idi".
İranın İraqdakı səfiri vurğulayıb: "Şəhid Süleymani İraqın silahlı qüvvələri, dövlət məmurları, xalq və qəbilələri arasında çox populyardır".

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.

Teqlər