Şəhid Süleymaninin qızı: "Hacı Qasimin mirası sionist rejimin işğalçılığının davam etməsinə imkan verməyəcək"
Şəhid Hacı Qasim Süleymaninin qızı deyib: "Fələstin xalqı və müqavimət bilməlidirlər ki, Hacı Qasimin mirası sionist rejimin işğalçılığının davam etməsinə imkan verməyəcək".
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Zeynəb Süleymani Livanın Əl-Məyadin telekanalına verdiyi müsahibədə, atamsının Fələstin amalının adını daşıyan bir qüvvəyə komandanlıq etdiyini bəyan edərək, deyib: "Fələstin amalı və xalqı şəhid Süleymani üçün böyük əhəmiyyət kəsb edirdi və bu gün Fələstin müqavimətinin gücündən sionistlərin necə vahiməyə düşdüklərini görürük".
Şəhid Hacı Qasim Süleymaninin qızı deyib: ""Atam İraqda, Suriyada, Fələstində, Livanda və hətta İranda müqavimətin təməlini qoydu və öz dəstəyi ilə onu gücləndirdi və böyütdü".
Zeynəb Süleymani, Hacı Qasimin döyüş meydanda çox təsirli bir populyarlığa və hədsiz zəkaya sahib olan güclü bir hərbi komandan olduğuna toxunaraq, əlavə edib: "Atamın çox mehriban qəlbi var idi və düşünürəm ki, onun uğuru da bu mehriban qəlbin sayəsində idi".
Zeynəb Süleymani atasının Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə münasibətini qardaşcasına bir sevgi kimi dəyərləndirib və deyib: "İslam İnqilabının Böyük Rəhbəri Ayətullahul-üzma Xamenei, şəhid Hacı Qasim üçün qırmızı xətt idi və özünü İran xalqının və rəhbərinin əsl əsgəri hesab edirdi".
O, atasının döyüş meydanında həm komandan, həm də əsgər və həmişə şəhadət arzusunda olduğunu bəyan edərək, deyib: "Hacı Qasimin Suriyada güclü iştirakının səbəblərindən biri bu idi ki, o, Suriya, İran və Livanın bir-birinə çox yaxın olduğuna və sərhədlərin təhlükə altında olduğuna inanırdı".
Zeynəb Süleymani, atasının Suriyanın prezidenti Bəşşar Əsədi çox şücaətli bir insan hesab etdiyini bəyan edərək, əlavə edib: "Bəşşar Əsəd dayandı və təhdid olunmasına baxmayaraq, xalqını və ölkəsini güclə müdafiə etdi."
O, deyib: "Atam həqiqətən Suriyanı və İranı eyni zamanda müdafiə etdi və Hacı Qasimə görə, İran xalqı ilə Livan, Suriya, Fələstin və Yəmən xalqı arasında heç bir fərq yox idi."